"Neftçi" "Şamaxı"nı, "Sabah" "Zirə"ni məğlub etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. "Şamaxı" Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edib.  “Keşlə” futbol klubunun tamhüquqlu varisi olaraq qəbul edilən "Şamaxı"nın yeni adla ilk matçında uduzub - 1:2.

Digər görüşdə "Zirə" "Sabah"ın qonağı olub və 1:3 hesabı ilə məğlub olub.

Azərbaycan Premyer Liqası
XXII tur

9 aprel (şənbə)

 

17:00. “Sabah” – “Zirə” - 2:1

Qollar: Zurab Oçiqava, 40 (1:0), Hamidu Keyta 48 (1:1), Coy Lens-Mikels, 58 (2:1), Xulio Sezar Rodrigez, 90+5 (3:1)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı

Bank Respublika Arena

 

14:00. “Şamaxı” – “Neftçi” - 1:2

Qol: Rəhman Hacıyev, 10 (1:0), Tiaqo Bezerra, 60 (1:1), Ramon Maçado, 72 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Şamaxı şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right