“Qarabağ” – “Qəbələ” matçının biletləri satışa çıxarılır

Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri oyun günü – martın 6-da saat 11:00-dan satışa çıxarılacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 10 manat təşkil edir.

“Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Qəbələ” matçına saat 19:15-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right