Azərbaycan millisinin Zaqreb "Dinamo"sunda çıxış edən üzvü Mahir Emreli Xorvatiya çempionatının 26-cı turunda "Şibenik"ə 3:0 hesabı ilə qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında deyib:
"Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir. Çoxdandır start "11-lik"də yer almırdım. Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi".
Qeyd edək ki, Mahir fevralın 3-cü "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.