Azərbaycanda hakimi vuran futbolçuya 14 oyunluq cəza verilib

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Mil" komandasının futbolçusu Kamal Qasımova 14 oyunluq cəza verib.

Newsport.az-in məlumatına görə, buna oyunçunun “Ağsu Siti” ilə matç bitdikdən sonra hakimlər briqadasını təhqir etməsi və baş hakimi vurması səbəb olub.

Region Liqasında “İrəvan” komandasının baş məşqçisi Zahid Niyazəliyev isə "Davam"la qarşılaşmada hakimlər briqadasını təhqir edib. Qırmızı vərəqə alaraq meydandan qovulan mütəxəssis 5 oyunluq cəza ilə üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right