Samir Abasov: "Futbolçulara tapşırılmışdı ki, dava-dalaşdan uzaq dursunlar"

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Sabah” – “Neftçi” matçından sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

 Newsport.az xəbər verir ki, o, komandasının qələbəsini şərh edib:

“Önəmli oyun idi. Qələbə qazanıb, seriyanı davam etdirmək istəyirdik. Bu qələbə bizə motivasiya olacaq. Görüləcək işlərimiz çoxdu. Qələbələr qazanmaq üçün işləməyə davam edəcəyik. Futbolçularımı və “Neftçi” sevərləri təbrik edirəm.

- Daha çox yarımmüdafiənin mərkəzindəki etibarlı oyunun hesabına qalib gəldiniz?
- Yaxşı mübarizə apardıq. Mübarizələrdə uduzmadıq. Ola bilər ki, epizodlarda uduzduq, amma komanda şəklində oynayaraq qalib gəldik. Rəqibə boşluqlar vermədik. İki mərkəz müdafiəçisi və qapıçı da çox əziyyət çəkdi. Yəni hər şeyi kontrolda saxladılar.

- Kubokdakı son gərgin oyundan sonra futbolçulara xüsusi tapşırıq olmuşdu?
- Bəli, xüsusi tapşırıqlar var idi. Qətiyyətlə tapşırılmışdı ki, futbolçular futbola aid olmayan məsələlərdən, dava-dalaşdan uzaq dursunlar. Çünki heç bir halda bunu qəbul etməyəcəkdim. Sərt oyun getdi, yaxşı futbol oldu. Səbrli oldular, epizodlardan üzüağ çıxdılar. Şükür Allaha söz-söhbət olmadan buradan gedirik.

- “Sabah”la kubok oyunun birinci hissəsi ilə indiki arasında hansı fərq var idi?
- Kubok oyunundakı birinci hissə fiasko alınmışdı. Hətta əsl katastrofa da adlandırmaq olar. Ona baxanda pis deyildi. Mübarizə və nöqtə qərarlar oldu. Bu gün çox şeyi düzgün etdiyimizə görə qalib gəldik. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right