Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə iki görüş oynanılıb.
Mövsümün ilk yarısını uğurlu keçirən "Qəbələ" Bakıda "Sabah"ın qonağı olub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
Günün digər matçında isə "Səbail" "Sumqayıt"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
8 fevral (çərşənbə axşamı)
19:15. “Səbail” – “Sumqayıt” - 1:1
Qol: Domantas Şimkus, 18 (1:0), Camal Araqo, 65-avtoqol (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
“ASCO Arena”.
17:00. “Sabah” – “Qəbələ” - 3:0
Qol: Coy-Lens Mikels, 38 (1:0), Xuan Kamara, 41 (2:0), Xulio Sezar Rodrigez, 76
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
“Bank Respublika Arena".
7 fevral (bazar ertəsi)
“Neftçi” – “Qarabağ” - 1:2
“Keşlə” – “Zirə” - 0:1
Bombardirlər:
Davit Volkov ("Zirə") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Coy-Lens Mikels ("Sabah") - 6 qol
Musa Qurbanlı ("Qarabağ") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 6 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol