“Soçi” – “Keşlə” oyunu azarkeşsiz keçiriləcək

“Keşlə” bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Soçi” komandası ilə üz-üzə gələcək.
Newsport.az xəbər verir ki, Soçidə keçiriləcək qarşılaşma azarkeşlərin iştirakı olmadan keçiriləcək.
 
Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə azarkeşlərin bu oyuna buraxılmayacağı diqqətə çatdırılıb. Bu qərara görə təəssüflənən Soçi təmsilçisi, bütün tərəfdarlarından üzr istəyib. Üstəlik, azarkeşlərin aldıqları biletlərin pulunun geri qaytarılacağı da vurğulanıb.
 
Qeyd edək ki, daha öncə “Soçi” – “Keşlə” matçına təxminən 500 azarkeş buraxılacağı açıqlanmışdı. Lakin son anda buna da ehtiyac duyulmayıb.
 
“Soçi” – Keşlə” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah