7 aydır futbolçularına pul verməyən “Bakı”nın oyunçularına daha bir zərbə dəyib. Stadium.az xəbər verir ki, bir neçə gün əvvəl klubun bazasında oğurluq hadisəsi baş verib. Aldığımız məlumata görə, komandanın legioner futbolçularından 7-sinin və bir də yerilərdən gənc oyunçunun butsılarını oğurlayıblar. Klubun bazasında müşahidə kameraları olsa da, oğurluq hadisəsinin üstü açılmayıb. Heç şübhəsiz ki, oğurluq edən də “Bakı”dandır. Çünki yad insanların futbolçuların soyunub geyinmə otağında bir işi yoxdur.