Admir Teli: "Bütün Azərbaycan üçün oynayacağıq"

"Qarabağ"ın futbolçusu Admir Teli Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Valletta" ilə cavab oyunu öncəsi fikirlərini bildirib. Stadium.az xəbər verir ki, o, azarkeşləri sevindirməyə çalışacaqlarını deyib: "Bütün Azərbaycan üçün oynayacağıq. Çünki “Qarabağ”  bütün ölkəni təmsil edir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. İlk matçda topa sahib olmağa çalışdıq. Müəyyən çatışmazlıqlarımız oldu. İlk görüşdə belə səhvlər olur.  Cavab matçında hər şey qaydasına düşəcək. Maksim Medvedyev və kapitanımız Rəşad Sadıqovun olmaması ciddi  itkidir. Amma bu itkiləri sabah hiss etdirməməyə çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right