Milli komandaya müraciət etdi Ferqyusonun üsullarını öyrənməyə çağırdı

İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand ölkənin qadın futbolçulardan ibarət komandasını “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusonun üsullarını öyrənməyə çağırıb.

Newsport.az-ın məlumatına görə, Ferdinand, milli komandada güvənə hetiyac olduğunu deyib:

“İngiltərə milli komandasında və Sarina Vigmanla oyunçuları arasındakı dinamikada güvənə ehtiyac var. Aleks Ferqyuson insanlarla çox mehriban idi. O, babamın sevimli içkilərini və bu kimi çılğın xırda şeyləri bilirdi. Bu, təkcə futbolçuya deyil, həm də onun meydandan kənarda kimliyinə diqqət və qayğıdır. Təsadüfi deyil ki, komandalarımız qolları gec vururdu və onun etdiyi xırda şeylər buna mütləq töhfə verdi”.

İyulun 6-da Mançesterdəki “Old Trafford” stadionunda İngiltərə və Avstriya milli komandaları arasında qadınlar arasında 2022-ci il Avropa çempionatının açılış oyunu keçirilib. Meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right