Məşhur futbolçu karyerasını başa vurdu

İngiltərə milli komandasının keçmiş üzvü Cek Uilşer peşəkar karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, son olaraq Danimarka "Orxus"unda çıxış edən məşhur futbolçu 30 yaşında futbolla vidalaşıb. Təcrübəli yarımmüdafiəçi bu barədə özü açıqlama verib.

Karyerasının əsas hissəsi "Arsenal"la bağlı olan Cek Uilşer "Bolton", "Bornmut" və "Vest Hem"də də çıxış edib. O, İngiltərə milli komandasının heyətində meydana çıxdığı 34 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right