Mahir Emreli Super Kubok matçında oynamayacaq

Mahir Emrelinin çıxış etdiyi "Dinamo" sabah Xorvatiya Super Kubokunda "Hayduk"la qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı hücumçu matçı buraxacaq. Bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç yerli mətbuata açıqlamasında deyib.

Zədədən yeni qayıdan azərbaycanlı forvardla yanaşı, Boşko Şutalo, Yosip Şutalo və Marko Bulat da qarşılaşmanın iştirak ərizəsinə salınmayacaq.

Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Hayduk” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right