"Neftçi"dən ayrılan hücumçu Səudiyyə Ərəbistanı klubunda

"Neftçi"dən ayrılan futbolçu Tiaqo Bezerranın yeni klubu müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, 35 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanı "Əl-Aruba"sında davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı forvard ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Tiaqo Bezerra ötən ayın sonunda komandadan ayrılıb. O, geridə qalan mövsüm 25 oyunda 10 qol vurub və komandanın bombardiri olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right