Azərbaycanlı futbolçu rəsmən “Arsenal”da

Rusiyanın “SKA-Xabarovsk” komandasının əslən azərbaycanlı futbolçusu Kamran Əliyev “Arsenal”a keçib.

Newsport.az-ın məlumatına görə, bu barədə Tula klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı vingerlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Vaxtilə Azərbaycanın gənclərdən ibarət millisində də oynamış Kamran Əliyev “Ximki”nin yetirməsidir. O, son 2 mövsümü “SKA-Xabarovsk”da keçirib. Forvard 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right