"Zirə"dən ayrılan Brayan Alseusun yeni klubu bəlli olub.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. Haitili futbolçu "Arceş"ə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Brayan Alseus son mövsümün ikinci yarısını "Zirə"də keçirib. O, paytaxt təmsilçisinin heyətində 6 matçda meydana çıxıb.
