Azərbaycanlı futbolçu ölkəmizə gəlmədi, "Arsenal"la müqavilə imzaladı

"SKA-Xabarovsk"da çıxış edən Kamran Əliyev yeni mövsümə də Rusiya 1-ci liqasında başlayacaq.

Newsport.az-ın məlumatına görə, həmyerlimiz "Arsenal"la anlaşıb.

Tula təmsilçisi Əliyevin keçidini artıq həll edib. "Ximki" yetirməsi olan Kamran Rusiya Premyer Liqasında yarışan klublardan təklif ala bilmədiyinə görə, birinci divizionda ona gələn ən sərfəli təklifi dəyərləndirib.

Azərbaycanın U-20 yığmasının sabiq üzvü bu yay Premyer Liqamızda yarışan bir neçə klubun maraq dairəsində idi. Amma o, Rusiyada qalmağa üstünlük verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right