Laporta Levandovskiyə zəng vurdu

"Barselona"nın prezidenti Joan Laporta "Bavariya"nın futbolçusu Robert Levandovskiyə zəng vurub.

Newsport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Laporta ötən həftə  33 yaşlı hücumçu və onun meneceri Pini Zahavi ilə danışıb. Klub rəsmisi onları futbolçunun "Barselona"ya transferini təmin etmək üçün əlindən gələni edəcəyinə inandırıb. Həmçinin, Kataloniya təmsilçisinin prezidenti Levandovski və Zahavidən səbirli olmalarını istəyib.

Laporta yenidən Levandovskiyə onun "Barselona"nın yay üçün əsas hədəfi olduğunu bildirib. Robert Laporta cavab olaraq deyib ki, müqavilənin iyulun 12-nə qədər bağlanmasını istəyir. Bu, baş verərsə, o, "Bavariya" ilə mövsümöncəsi hazırlığa  başlamaq məcburiyyətində olmayacaq.

Daha əvvəl "Barselona"nın Levandovski üçün 50 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. "Bavariya " isə hücumçuya görə 60 milyon avro almaq istəyir. 

Qeyd edək ki, forvard ötən mövsüm "Bavariya"nın heyətində bütün yarışlarda 56 oyunda 50 qol vurub. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah