"Lex" "Qarabağ"la matçdan əvvəl bu komanda ilə qarşılaşacaq

Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, Polşa klubu növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. Poznan təmsilçisi "Yaqelloniya" ilə qarşılaşacaq. 28 iyun tarixində Poznan satdionunda baş tutacaq matç media və azarkeşlər üçün qapalı olacaq.

"Lex" əvvəlki iki yoldaşlıq oyununda "Vidzev"ə 1:2, "Poqon"a isə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma 5 iyul tarixində Polşada keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right