Bu gün UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsində birinci qrupda ikinci turun matçları keçirilib.
Newsport.az-ın məlumatına görə, "Zapoos"(Estoniya) "Kaskelen"lə(Qazaxıstan) üz-üzə gəlib.
Qazaxıstan təmsilçisi rəqibinə 5:0 qalib gəlib.
İlkin mərhələnin qalibi iyunun 29-da Şamaxıda keçiriləcək final matçında müəyyənləşəcək.
UEFA Region Kuboku
25 iyun
"Zapoos" – "Kaskelen" 0:5
Baş hakim: Elçin Məsiyev (Azərbaycan)
Baş hakimin köməkçiləri: Elşad Abdullayev (Azərbaycan), David Gabrovec (Sloveniya)
Dördüncü hakim: David Smayc (Sloveniya)
ASK Arena