Xorvatiya mətbuatı: "Ante Çaçiçin Emreliyə güvənib-güvənməyəcəyi sual altındadı"

Xorvatiya mətbuatı "Dinamo" və Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazıb.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı həmkarlarımız Zaqreb klubunun transfer bazarında fəallıq nümayiş etdirməsini və bunun Emreliyə mümkün təsirini qabardıb:

"Dinamo" transfer periodunda kifayət qədər fəallıq nümayiş etdirir. Yayda Zaqreb klubu artıq üç transferi həyata keçirib. Belə ki, Boşko Şutalo, Robert Lubiçiç və Yosip Drmiç artıq "Dinamo"dadı. Mislav Orşiçin mümkün gedişi digər hücumçulara, o cümlədən "Dinamo"da sirr olaraq qalan Mahir Emreli üçün də faydalı ola bilər. Komandanın yeni baş məşqçisi Ante Çaçiçin Emreliyə güvənib-güvənməyəcəyi sual altındadı".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah