"SKA-Xabarovsk"un forvardı hansı klubumuzla danışıq aparır?

Rusiya birinci divizionunda yarışan "SKA-Xabarovsk"un formasını geyinən Kamran Əliyev Azərbaycan klublarından təklif alıb.

Newsport.az-ın məlumatına görə, əslən azərbaycanlı olan forvarda Premyer Liqamızdan maraq göstərən klublar var.

"Neftçi" "Ximki" yetirməsi olan 23 yaşlı futbolçunu Azərbaycana gətirmək üçün danışıqlar aparır. Amma onu Azərbaycandan istəyən tək klub "Neftçi" deyil. Mənbənin iddiasına görə, Azərbaycanın U-20 yığmasında Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmiş Əliyev Rusiya Premyer Liqası təmsilçilərindən təklif almayacağı təqdirdə, ölkəmizə gəlməyə müsbət yanaşacaq.

Forvardın "SKA-Xabarovsk"la müqaviləsi gələn ilin iyunun 30-da başa çatacaq.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right