"Bavariya" Sadio Manenin keçidi üçün "Liverpul"la anlaşıb

Almaniya "Bavariya"sı İngiltərənin "Liverpul" klubunun futbolçusu Sadio Manenin keçidini həll edib.

Newsport.az-in "Sky Sports"a istinadən məlumatına görə, Münhen təmsilçisi seneqallı yarımmüdafiəçinin transferi üçün tələb olunan 50 milyon avro təzminat məbləğini ödəməyə razılıq verib.

30 yaşlı oyunçunun tezliklə Bundesliqanın son çempionu ilə rəsmi müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən "Liverpul"da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right