"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirir.
Newsport.az-ın məlumatına görə, London klubu "Portu"nun yarımmüdafiəçisi Fabio Vieranın transferini yekunlaşdırmaq üzrədir. 22 yaşlı oyunçu sabah tibbi müayinədən keçdikdən sonra "topçularla" müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
"Arsenal"ın portuqaliyalı yarımmüdafiəçinin keçidinə görə qarşı tərəfə 40 milyon avro ödəyəcəyi bildirilir.
"Portu"nun yetirməsi olan futbolçu 2020-ci ildən çıxış etdiyi əsas komandada 76 matça çıxıb.