"Liverpul" "Aberdin"in futbolçusu Kalvin Remsini transfer etməyə yaxındır.
Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, bu transferlə bağlı klublar razılığa gəliblər. Razılığa əsasən, Şotlandiya təmsilçisinə 6,5 milyon funt-sterlinq təzminat ödəniləcək. Bu da "Aberdin" üçün rekord göstəricidir.
Qeyd edək ki, 18 yaşlı Remsi ötən mövsüm “Aberdin”in heyətində 33 oyuna çıxıb, 1 qol vurub və 9 qolun ötürməsini verib.