Almaniya millisinin UEFA Millətlər Liqasında İngiltərəyə qarşı keçirdiyi matçda əsas heyətdə meydana çıxan Tomas Müller komandada 114-cü oyununu keçirib.
Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçu bu göstərici ilə millinin sabiq üzvü Filip Lamı geridə qoyub (113 oyun). Müller oyun sayına görə siyahının 5-ci pilləsində qərarlaşıb.
Hücumçu 2010-cu ildən millinin üzvüdür.
Qeyd edək ki, siyahıya millidə 150 oyun keçirən Lotar Matteus başçılıq edir.