Obradoviç: Ona qarşı heç bir iradım yoxdur"

"İlk hissədə taktiki oyunumuz sayəsində finlərə qapımız qarşısında təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Ümumiyyətlə, fasiləyə kimi rəqibdən heç bir cəhətdə geri qalmadıq".

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Finlandiyaya 0:3 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib. O, fikirlərinə belə davam edib:

"İkinci hissədə Finlandiya millisinin daha çox hücum edəcəyini bilirdik. Çünki onlara qələbə lazım idi. Bununla belə, komandamız dəqiq hücum sayəsində penalti vurmaq hüquqi qazandı. Çox təəssüf ki, Musa Qurbanov bu şansdan yararlana bilmədi. Amma ona qarşı heç bir iradım yoxdur. Musa komandanın aparıcı oyunçularından biridir. O, hər məşqə və oyuna peşəkarcasına yanaşır. İnanıram ki, Norveçlə qarşılamada Musanın qol vurmaq şansları olacaq. Əvəzində Finlandiya beş dəqiqə ərzində iki qol vurdu. Komandamız bu qollardan sonra da əzmkarlıq nümayiş etdirsə də, rəqib daha bir dəfə fərqləndi. Hazırda bütün diqqətimizi Norveçlə oyuna yönəltmişik".

Qeyd edək ki, Azərbaycan yığması Norveçlə iyunun 14-də səfərdə üz-üzə gələcək. Drammen şəhərindəki "Marienlist" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right