Pele Putinə müraciət etdi "Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”

Braziliyalı keçmış futbolçu Pele Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.

Newsport.az-ın məlumatına görə, Pele, Putindən müharibəni dayandırmağı xahiş edib:

“Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”.

Pele bildirib ki, müharibə şərdir və xalqlara ağrı, qorxu və dəhşətdən başqa heç nə gətirmir.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right