Ten Haqın planı

"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq komanda ilə mövsümöncəsi məşqlərə planlaşdırılan vaxtdan iki həftə tez başlayacaq.

Newsport.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Niderlandlı mütəxəssis hesab edir ki, “Mançester Yunayted”in futbolçuları onun oyun tərzinə uyğunlaşmaq üçün daha çox məşq etməlidir. “Qırmızı şeytanlar”ın mövsümöncəsi məşqinə iyulun 4-də, İngiltərə Premyer Liqasının startına bir ay qalmış başlaması nəzərdə tutulur. Lakin Ten Haq futbolçuların məzuniyyətini qısaltmaq və iyunun 20-də məşq prosesinə başlamaq niyyətindədir.

Xatırladaq ki, "Mançester Yunayted" bir neçə gün əvvəl Ten Haqla müqavilə imzalayıb. Hazırda “Ayaks”a baş məşqçilik edən Ten Haq bu mövsümün sonunda Niderlad klubundan ayrılıb “Mançester Yunayted”ə qoşulacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right