"Mançester Siti"nin futbolçuları Ruben Dias, Con Stounz və Kayl Uoker zədə səbəbindən Premyer Liqanın qalan üç oyununda oynamayacaqlar.
Newsport.az-ın məlumatına görə, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola danışıb. Bir gün əvvəl Dias Premyer Liqada "Nyukasl"la matçda (5:0) əzələ nayihəsindən zədələndiyi üçün fasilədə əvəzlənib.
Əvvəllər Uoker topuq nahiyəsində yaranan problemlərə görə Çempionlar Liqasının 1/2 finalında "Real"la cavab görüşünü (1:3), Stounz isə diz nahiyəsindən zədələndiyi üçün son iki oyunu buraxmışdı.
Qeyd edək ki, son turlarda “Siti” səfərdə “Vulverhempton” və “Vest Hem”lə, evdə “Aston Villa” ilə qarşılaşacaq.