Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi doğma meydanda "Osiyek"lə qarşılaşıb. "Maksimir" stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:0.
Mahir bu görüşün iştirakçısı olmayıb. Adı iştirak ərizəsinə daxil edilən forvard sona qədər ehtiyatda qalıb.
"Dinamo" çempionatda 73 xalla liderdir.