"Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şefer karyerasını yenidən Afrikada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə "Les Aigles Du Mali" nəşri məlumat yayıb. 72 yaşlı mütəxəssis Mali yığmasının "sükanı arxasına" keçəcək. Şeferin artıq yerli federasiya ilə razılaşdığı bildirilir.
Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nı çalışdırıb. O, 2001 - 2004-cü illərdə Kamerun yığmasında baş məşqçilik edib.