Azərbaycanlı futbolçuların komandası qələbə qazandı

Rusiya I Divizionunda 36-cı turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Kamran Əliyev və David Qarayevin çıxış etdiyi  “SKA-Xabarovsk” doğma meydanda “Tomsk”la qarşılaşıb. Matç Xabarovsk təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub. Kamran start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. O, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. David Qarayev isə 82 dəqiqə meydanda olub.

“SKA-Xabarovsk” 36 turdan sonra 62 xalla 20 komanda arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right