Azərbaycanın Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib.
Newsport.az xəbər verir ki, komandanı 44 yaşlı rusiyalı mütəxəssis Maqomed Adiyev çalışdıracaq. Bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb. Lakin məşqçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Rusiyada “Anji” də daxil olmaqla bir neçə klubda işləmiş 44 yaşlı Adiyevin son klubu Qazaxıstan “Şaxtyor”u olub.