Azərbaycan millisinin futbolçusu Polşada cəzalı duruma düşüb

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb.

Newsport.az Plotsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 24 yaşlı müdafiəçinin Ekstraklasanın XXIX turunda "Lex" (Poznan) komandası ilə oyunda (0:1) sarı vərəqə alması səbəb olub.

Krivotsyuk aprelin 25-də Krakov "Visla"sı ilə XXX tur matçını buraxacaq.

Qeyd edək ki, "Visla" hazırda 42 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right