Salahın 1 aydır qol vurmamasına Kloppun münasibəti

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın 1 aydır qol vurmaması haqda danışıb.

Newsport.az xəbər verir ki, misirli oyunçu  son 10 matçda "Brayton"a penaltidən cəmi 1 qol vurub.

Klopp Salahın 1 aydır qol vurmaması ilə bağlı Britaniya mətbuatına açıqlamasında deyib: “Bu müddət normadır. Biz onun son aylarda üzləşdiyi fiziki tələblərindən danışırdıq. Ona görə də bu, tamamilə normaldır. “Mançester Siti” ilə oyundan çox zövq aldım, çox yaxşı matç oldu. Salahın qol vurması an məsələsidir. Bir neçə dəqiqə ərzində onun bəxti gətirmədi. Qol mütləq gələcək. Onun bir neçə gün əvvəl göstərdiyi oyundan çox razıyam. Üç gündən bir oynamağımıza baxmayaraq, Salahı qarşılaşmalardan çox məşqdə görürəm. Məhəmmədə baxmaq lazımdır və yalnız bundan sonra şəxsi söhbətə ehtiyacımızın olub-olmadığına qərar verməliyik.

Birgə iş zamanı onunla çoxlu söhbətmiz olub, amma hazırda buna ehtiyac yoxdur. Biz adətən vəziyyəti müzakirə edirik, normal şeylər haqqında danışırıq. Onunla matçlar zamanı nə etməli olduğu, oyun planı, rəqiblə mübarizə haqqında danışırıq".

Qeyd edək ki, Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 41 oyunda 28 qol vurub və 11 qol ötürməsi verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right