“Borussiya”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 30-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Maynts” – “Ştutqart” matçında qapılara qol vurulmayıb. “Auqsburq” evdə “Herta”ya, Mönxenqladbax “Borussiya”sı isə “Köln”ə məğlub olub.

Dortmund “Borussiya”sı bu turda “Volfsburq”u qonaq edib. Meydan sahibləri bu görüşdə darmadağına imza atıblar. “Frayburq” da “Bohum”la ev oyunundan 3 cavabsız qolla qalib ayrılıb.

Çempionlar Liqasında “Vilyarreal”a uduzmaqla mübarizəni dayandıran “Bayern” səfərdə “Arminiya” ilə qarşılaşacaq.

Almaniya Bundesliqası, 30-cu tur

16 aprel

Auqsburq – Herta 0:1
Qol:
S.Sərdar, 49.

Borussiya D – Volfsburq 6:1
Qol:
Rote, 24. Vitsel, 26. Akanji, 28. Ə.Can, 35. Haland, 38; 54 – Baku, 81.

Maynts – Ştutqart 0:0

Frayburq – Bohum 3:0
Qol:
Kubler, 5. Sallai, 16; 53.

Borussiya M – Köln 1:3
Qol:
Embolo, 85 – Modeste, 5. Kaynts, 20. Lyubiçiç, 34.

17 aprel

17:30 Arminiya – Bayern
19:30 Yunion – Ayntraxt F
19:30 Hoffenhaym – Qroyter
21:30 Bayer – Leyptsiq

Bombardir: Robert Levandovski (Bayern) – 32 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right