"Mançester Yunayted"in müdafiəçisi üçün mövsüm başa çatdı

İngiltərənin "Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın müdafiəçisi Lyuk Şou ayağından əməliyyat olunub. İngiltərə millisinin üzvü mövsümün qalan matçlarında komandasına kömək edə bilməyəcək.

Lyuk Şou "Mançester Yunayted"ə 2014-cü ildə "Sauthempton"dan transfer olunub. 28 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 oyunda 5 qol ötürməsi ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right