"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında ümumi hesabda "Çelsi"ni üstələyərək (ilk oyun - 3:1, cavab matçı - 2:3) yarımfinala yüksəlmələri barədə danışıb.
Newsport.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis uğurlarını beə şərh edib:
“Biz əziyyət çəkməli olduq. Fikrimcə, qol vurmaq istəyimiz yox idi. 3 qol buraxdıqdan sonra uğur naminə bütün gücümüzü verdik. Nəhayət, istədiyimizə nail olduq. Bu klubun, stadionun sehri özünü dünyaya göstərdi. Deyirlər ki, ispan klubları ingilislərdən zəifdir. Amma baxın, yarımfinalda artıq iki ispan klubu var”.
Qeyd edək ki, 1/4 finalda "Vilyarreal" da "Bavariya"nı üstələyərək yarımfinala adlayıb.