Acun: “Çiyinlərimizdə ağır yük var”

“Komandanı xəyal etdiyimiz səviyyəyə çatdıra biləcəyimizi düşünürəm. Azarkeşlər də yeni bir dövrü gözləyirdi. Onları xoşbəxt etmək üçün buradayam”. 

Newsport.az xəbər verir ki, bu sözləri “TV8” kanalının rəhbəri və İngiltərənin “Hall Siti” klubunun sahibi Acun İlicalı deyib. Komandası “Çempionşip”də mübarizə aparan və son vaxtlar yaxşı çıxış nümayiş etdirən Acun “The Atletic”ə müsahibəsində növbəti mövsümə kökləndiklərini bildirib:

“Çiyinlərimizdə ağır yük var. Sadəcə iş üçün burada deyiləm. Onsuz da mənim bir işim var. Buraya pul qazanmaq üçün də gəlməmişəm. İstədiyim yeganə şey uğurdur. Bu, mənim motivasiyamdır. Motivasiyanız nə qədər çox olsa, o qədər çox uğur qazanarsınız. Növbəti mövsümə köklənməyimiz lazımdır. Bu mövsümü isə bir hazırlıq prosesi kimi düşünürəm. Komandanı mövsümün ortasında qəbul etdik. Biz gənc və təcrübəsiz bir komandayıq. İndiyədək əla işlər görmüşük və artıq təhlükəsiz zonaya yaxınıq. Amma növbəti mövsüm daha çox çalışmağımız və bütün bacarığımızı göstərməyimiz lazımdır”.

Qeyd edək ki, “Hall Siti” hazırda Çempionşipin turnir cədvəlində 44 xalla 24 komanda arasında 20-cidir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right