Robben marafonda qaçdı

Niderland millisinin sabiq futbolçusu Aryen Robben Rotterdamda marafonda (42 km) qaçıb.

Newsport.az "NOS"a istinadən xəbər verir ki, 38 yaşlı sabiq oyunçu məsafəni 3 saat 13 dəqiqə 57 saniyəyə qət edib. O, liderə 69 dəqiqə uduzub.

“Bəziləri deyir ki, sən dəlisən. Amma mən sadəcə idman həvəskarıyam” - deyə Robben bildirib.

Qeyd edək ki, Robben futbolçu karyerası ərzində PSV, "Çelsi", "Real" və "Bavariya" kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right