Məşqçi qadın hakimə başı ilə zərbə vurdu

Espirito Santo ştatının (Braziliya) çempionatının "Nova Venezia" və "Desportiva Ferroviaria" klubları arasında keçirilən oyununda xoşagəlməz hadisə yaşanıb.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, qonaq komandanın baş məşqçisi Rafael Soriano görüşün fasiləsində meydançaya qaçaraq hakimlər briqadasının işindən narazılığını ifadə etməyə başlayıb. O, emosiyalarını saxlaya bilməyib və başı ilə yan xətt hakimi  Marselli Nettonun üzünə zərbə endirib. Qadın hakimin bu zaman burnundan tutub. Soriano isə birbaşa qırmızı vərəqə alıb və polis əməkdaşlarının müşayiəti ilə meydanı tərk edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right