ÇL: Yarımfinal mərhələsinin ilk 2 iştirakçısı bəlli olur Yenilənir

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək cavab görüşlərindən sonra yarımfinala yüksələn ilk iki komanda müəyyənləşəcək. Newsport.az xəbər verir ki, İspaniyanın “Real” klubu Madriddə İngiltərənin “Çelsi”, Almaniya təmsilçisi “Bavariya” isə Münhendə “Vilyareal”ı (İspaniya) qəbul edəcək. 
 
Bakı vaxtı ilə saat 23:00-da start fiti səslənəcək “Real” – “Çelsi” oyunu daha böyük maraq doğurur. Bir həftə öncə Londonda baş tutan ilk görüşdə 3:1 hesablı qələbə qazanan ispanlar yarımfinala daha yaxın görünsələr də, səfər qolları qaydası ləğv olunduğu üçün rəqibin də şansı qalır.  Bunun üçün “Çelsi” ən azından 2 top fərqi ilə qalib gəlməlidir. 
 
İlk dueldə sürpriz qələbə qazanan “Vilyareal”ın da işi çətin olacaq. Düzdü, almanlar cütün favoriti sayılsalar da, İspaniyadakı oyunda meydanı 0:1 hesablı məğlubiyyətlə tərk etdilər. Amma Bundesliqanın liderinin büdrəyəcəyi inandırıcı deyil. Böyük ehtimalla, münhenlilər mərhələ adlayacaq. 
 
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
12 aprel
 
“Real” (İspaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1
 
“Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1
 
Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. “Liverpul” İngiltərədə Portuqaliya “Benfika”sını, Madrid “Atletiko”su isə İspaniyada İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right