Nazarov oynadı, komandası uduzdu

Almaniya II Bundesliqasında 29-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geydiyi "Erzgebirge" doğma meydanda "Hannover 96" ilə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Nazarov bu görüşün iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb.

18 turdan sonra 19 xal toplayan "Erzgebirge" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right