“Barselona” – Levandovksi danışıqlarında müsbət nəticə

“Barselona”nın nümayəndələri “Bavariya”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zaxavi ilə görüşüblər.

Newsport.az xəbər verir ki, bu haqda “Diario Sport” məlumat yayıb. Bildirilib ki, görüş müsbət nəticə verib. Bunda “Barselona”nın prezidenti Joan Laporta ilə P.Zaxavinin şəxsi münasibətləri əsas rol oynayıb. Bildirilir ki, polşalı futbolçu “Barselona”ya keçmək istəyir. O hesab edir ki, artıq karyerasının Almaniya dövrü başa çatıb.

Levandovskinin nümayəndəsi futbolçu ilə 3 illik müqavilə bağlanmasını təklif edib. Lakin müqavilənin uzunmüddətli olmasına klub hələlik ehtiyatla yanaşır. Buna görə də istisna deyil ki, futbolçuya daha qısa müddətli müqavilə təklif olunsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right