“Hesab edirlər ki, avrokubok oyununu plastik meydançada keçirmək olar”

“Roma”nın futbolçusu ciddi zədə alıb. Mən bunu plastik meydançanın nəticəsi hesab edirəm”.

Newsport.az-ın xəbərinə görə, bu sözləri “Roma”nın baş məşqçisi Joze Mourinyo deyib. O, Norveçdə “Budye Qlimt”ə qarşı keçirdikləri Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçından sonra meydançanının durumundan narazılığını bildirib və örtüyü plastik meydança adlandırıb.

“İnsanlar hesab edir ki, avrokubokların oyunlarını plastik meydançada keçirmək olar” – deyə Mourinyo qeyd edib.

Qeyd edək ki, “Budye Qlimt” – “Roma” matçında meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar. Bu komandaların cavab matçı aprelin 14-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right