"Real" bizim üçün xüsusi rəqibdir"

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/4 finalında "Real"la keçiriləcək oyun haqda danışıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında deyib:

“Çempionlar Liqasında oynamaq həmişə çox çətindir. Amma eyni zamanda, onu sevirik. Belə bir yarışda oynamaq təcrübəsinin olması xoşdur. Hər kəs anlayır ki, "Çelsi" və "Real" kimi komandalar xüsusi oyun sərgiləyir. Biz çox həyəcanlıyıq. Çünki bu, xüsusi matç və xüsusi rəqibdir".

Düşünürəm ki, qarşıdakı matçın ötən mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsinə heç bir aidiyyatı olmayacaq. Düzünü desəm, hazırlıqda keçənilki matçlara güvənmirdim”.

Qeyd edək ki, sabah keçiriləcək "Çelsi" - "Real" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right