Avropa çempionatı Bakıda keçiriləcək

Dünya Güləş Birliyi (UWW) 2023-cü ildə keçiriləcək böyüklər arasında Avropa çempionatının və 2024-cü ildə baş tutacaq U-23 Avropa çempionatının ev sahibi olacaq şəhərləri açıqlayıb.

Newsport.az xəbər verir ki, UWW-nin İcraiyyə Komitəsinin martın 2-də qəbul etdiyi qərarlar qüvvəyə minib.

Belə ki, gələn il aprelin 17-dən 23-dək qitə birinciliyi Zaqrebdə keçiriləcək. Xorvatiyanın paytaxtı ilk dəfə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.

UWW-nin prezidenti Nenad Laloviç qurumun rəsmi saytına verdiyi açıqlamada Xorvatiya Güləş Federasiyasını etibarlı tərəfdaş adlandırıb və Zaqrebin yarış təcrübəsinin zəngin olduğunu bildirib.

2024-ci ildə isə U-23 Avropa çempionatı Bakıda keçiriləcək. Laloviçi dinləyək:

“Bakının bu yarışa ev sahibliyi etməsi gələcəkdə beynəlxalq turnirlərin Azərbaycana qayıdacağından xəbər verir. Bakıda bu il yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Bu siyahıya U-23 Avropa çempionatının əlavə edilməsi onların təşkil etmək istədikləri böyük yarışların sayını artırır”.

Qeyd edək ki, Bakıda keçiriləcək U-23 Avropa çempionatı 2024-cü il aprelin 8-dən 14-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right