Klopp azarkeşlərə səsləndi: "Qışqırmayacaqsızsa, biletinizi başaqasına verin"

"Liverpul" İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda "Uotford"la qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp bu oyunun çox vacib olduğunu bildirərək, azarkeşlərə səslənib. Almaniyalı mütəxəssis fanatları komandaya dəstək olmağa çağırıb:

"İndiyə qədərki ən yaxşı gündüz matçı atmosferinə ehtiyacımız var. Qışqırmayacaqsız və ya marşlar oxunarkən qoşulmayacaqsızsa, biletinizi başaqasına verin".

Qeyd edək ki, "Liverpul" - "Uotford" görüşü bu gün Bakı vaxtilə saat 15:30-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right