Ronaldo millidəki karyerasını başa vura bilər

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo millidəki karyerasını davam etdirib-etməyəcəyi bağlı yaxın günlərdə qərar verəcək.

Newsport.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında məlumat verib. 

Sabah Portuqaliya millisi Qətərdə keçiriləcək Dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off matçında Şimali Makedoniyaya qalib gəlməlidi. Ronaldo həm matç, həm də millidəki karyerası haqda bunu deyib:

"İnsanların özlərinə eyni sualı verdiyini görməyə başlayıram. Gələcəyimlə bağlı qərarı mən verəcəm. Daha çox oynamaq istəsəm, bunu edəcəm. Qərar verən mənəm, vəssalam. Oyuna gəldikdə, final matçıdı və biz hazırıq. Favorit bizik? Hər zaman özümüzü favorit hesab edirəm. Fərqi yoxdu, evdə oynayırıq, ya səfərdə. Qalib gəlsək final mərhələsinə vəsiqə qazanacağıq. Məğlub olsaq, yollana bilməyəcəyik. Biz pozitiv olub, qalib gəlməyə məcburuq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right