Latviya yığması Azərbaycanla oyundan əvvəl problemlərlə üzləşib

Latviya millisi Azərbaycan yığması ilə yoldaşlıq görüşünə futbolçu itkiləri ilə çıxacaq.

Newsport.az məlumatına görə, bu barədə rəqib komandanın baş məşqçisi Daynis Kazakeviç oyundan əvvəl keçirdiyi mətbuat konfransında açıqlama verib.

41 yaşlı mütəxəssis bildirib ki, hazırda Finlandiya "Laxti"sində çıxış edən Eduard Emsis hazırlıqdan kənarda qalıb. Onun sözlərinə görə, 26 yaşlı dayaq yarımmüdafiəçisi matça hazır deyil.

Baş məşqçinin sözlərinə görə, daha bir neçə futbolçunun səhhətləri ilə əlaqədar problemləri var: "Bu gün bəzi oyunçular hərtərəfli tibbi müayinədən keçəcəklər. Zədəli futbolçular və potensial start heyət sarıdan çətinliklər yaşayırıq. Lakin mən matçın hazırlığına köklənmişəm".

Qeyd edək ki, martın 29-da Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək Azərbaycan - Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right